Berlində saxlanılan Rusiya vətəndaının məhkəməsi

Almaniyada bombalı hücum planlaşdırdığı iddia edilən bir Rusiya vətəndaşı Berlində saxlanılıb.

1036367
Berlində saxlanılan Rusiya vətəndaının məhkəməsi

  Almaniya Prokurorluğundan verilən məlumata görə, Rusiya vətəndaşı 31 yaşlı Məhəmməd Əli C. (Magomed-Ali C) xüsusi polis əməliyyat xidməti "GSG 9" və Berlin Kriminal İdarəsinin polisləri tərəfindən Berlində yaxalanıb. Şübhəli Fransada 18 aprel 2017-ci ildə 3 kiloqram partlayıcı ilə yaxalanan Klement B. (Clement B.) ilə birlikdə Almaniyada dövlətə qarşı zorakılıq aktı və bombalı hücum törətmək üçün hazırlıq görməklə təqsirləndirilib. Məlumatda o da bildirilib ki, Məhəmməd Əli C.-nin evində 26 oktyabr 2016-cı ildə böyük miqdarda partlayıcı maddə əldə edilmişdi. Hücum planı pozulduqdan sonra Klement B. silah dostundan ayrılır, Fransaya gedir, 2017-ci ilin aprelində yaxalanır, Məhəmməd Əli C. isə Almaniyada qalır. Yaxında yaxalanan Rusiya vətəndaşı avqustun 23-də həbs tələbilə Almaniya məhkəməsinə çıxarılacaq.



Әlaqәli Xәbәrlәr