Sergey Lavrov ABŞ və BMT-yə reaksiya göstərdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Suriyada destruktiv fəaliyyət göstərdiyini qeyd etdi, BMT-ni də ABŞ-ın hərəkətlərinə seyrçi qalmaqla günahlandırdı.

1035650
Sergey Lavrov ABŞ və BMT-yə reaksiya göstərdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov qısa müddətdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyini bildirdi.
 
Nazirlərin gündəmində Suriyadakı son vəziyyət və İdlib məsələləri olacaq.
 
 Türkiyənin Astana danışıqlarındakı zəmanətçi ölkələr arasında olduğunu xatırladan Lavrov Türkiyə ilə qaçqınlar məsələsi ilə bağlı əməkdaşlığın davam edəcəyini söylədi.
 
 Rusiya Xarici İşlər naziri Amerika Birləşmiş Ştatları və Birləşmiş Millətlər Təşkilatına da reaksiya göstərdi.
 
 Sergey Lavrov ABŞ-ın Suriyada destruktiv fəaliyyət göstərdiyini qeyd etdi, qaçqınların evlərinə qayıdışı və Suriyanın bərpası üçün hazırlanan planı rədd edərək işi çətinləşdirdiyini söylədi.
 
 Lavrov BMT-ni də ABŞ-ın hərəkətlərinə seyrçi qalmaqla günahlandırdı.



Әlaqәli Xәbәrlәr