İslam dünyası bayram namazında görüşdü

Dünyanın dörd bir tərəfində yaşayan müsəlmanlar Qurban Bayramının ilk günü bayram namazı üçün məscidlərə axın etdilər.

1035654
İslam dünyası bayram namazında görüşdü

Avstraliyada 17-si Diyanət İşləri İdarəsinin nəzdində olan, Türk təşkilatlarına aid  27 məscid bayram namazını qılmaq istəyən müxtəlif etnik qruplardan ibarət olan minlərlə müsəlmana ev sahibliyi etdi.

Ən böyük məscidlərdən biri olan Melburnndakı "Meadow Heights" məscidini səhər namazından etibarən dolduran müsəlmanlar əvvəl məscid imamı Nüsrəddin Öztürkün bayram xütbəsini dinlədilər.
 

Öztürk: "Bayramı vəsilə edərək, fəzilətlərindən faydalanaraq Allaha yaxın olmağa cəhd edək" dedi.

 Daha sonra bayram namazı qılındı. Məsciddəki müsəlmanlar namazdan sonra bayramlaşdılar.

Avstraliya Statistika Bürosunun son məlumatlarına görə, ölkədə 604 min 200 müsəlman yaşayır.

Asiya ölkələrindən Filippinin Mindanao adasındakı Bangsamoroda xalq bayram namazı üçün məscidlərə axın etdi.
 
 Bayram namazını professor Həmid Aminoddin Barra qıldırdı.
 
 Barra: "Bu gün biz bir bədən olaraq hərəkət etməliyik. Ümməti bir yerə toplamalıyıq. Bu toplaşma sülhü və irəliləyişi öyrədəcəkdir" dedi.
 
 Namazdan sonra müsəlmanların birliyi üçün dua edildi.
 
 Qırğızıstanın paytaxtı Bişkəkdə minlərlə müsəlman Qurban bayramı namazını Nazirlər Kabinetinin binasının qarşısındakı meydanda qıldılar.

 İmamların xütbələri ilə başlayan bayram namazına parlamentin sədri Dastanbek Cumabekov, Prezident Administrasiyasının rəhbəri Dosalı Esanaliyev, Bişkək meri Əziz Surakmatov və millət vəkilləri qatıldılar.
 
 İsveçin paytaxtı Stokholmda  Fittja Ulu Məscidində iki minə yaxın müsəlmanın iştirakı ilə coşğulu bir bayramlaşma oldu. Dini xadim Sərvət Arslan bayram günlərində bütün küskünlüklərin arxada qoyulmasının və insanların bir-birini əfv etməsinin vacibliyini vurğuladı. Qurban ibadətinin əhəmiyyətinə toxunan Arslan bütün müsəlmanların bayramını təbrik etdi.
 
 Bayram namazını vətəndaşlarla birgə qılan Türkiyənin Stokholmdakı səfiri Haqqı Əmrə Yunt və birinci müşavir Türkər Oba da camaatla bayramlaşdılar.



Әlaqәli Xәbәrlәr