ABŞ media quruluşları Trampa qarşı üsyan etdi

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın mətbuata istiqamətli hücumları qarşısında, Amarika mediası səsini yüksəltməyə başlayıb.

1033444
ABŞ media quruluşları Trampa qarşı üsyan etdi

Boston Globe qəzetinin dəvətinə görə təxminən 350 informasiya təşkilatının iştirakıyla “azad mətbuat kampaniyası” saşladılıb.

"Tramp rəhbərliyinin mətbuata istiqamətli hücumlarının təhlükəli seviyyələ çatdığını” bildirən Boston Globe, digər qəzetlərə də səssiz qalmamaları haqqında çağırış edib.

Bir çox milli və yerli qəzetlə yanaşı British Guardian qəzeti də “Tramp mətbuata müdaxilə edən ilk prezident” sözü  ilə çağırışa qoşulub.

The New York Times qəzeti, “Azad mətbuat sizə ehtiyac duyur” başlığı ilə oxuçularına çatdırdığı məqalədə, “Trampın hücumları demokratiya üçün ciddi təhlükədir” deyilib.

 



Әlaqәli Xәbәrlәr