Avstraliya tarixində bir ilk: müsəlman qadın senator oldu

Avstraliyada Yaşıllar Partiyasından Senata seçilən Pakistan əsilli Mehreen Faruqi ölkədə ilk müsəlman qadın senator oldu.

1033059
Avstraliya tarixində bir ilk: müsəlman qadın senator oldu

Avstraliyada Yaşıllar Partiyasından Senata seçilən Pakistan əsilli Mehreen Faruqi ölkədə ilk müsəlman qadın senator oldu.

Xəbəri "Guardian" qəzeti yaydı.

Faruqi Senata seçildikdən sonra ilk olaraq Avstraliyada multikulturalizmi müdafiə edəcəyini, islamofobiya və irqçiliklə mübarizə aparacağını bildirdi.

Faruqi Senatda müsəlmanlara viza qadağası qoyulmasını müdəfiə edən Avstraliyalılar Partiyası Queensland senatoru Fraser Anningi sərt şəkildə tənqid edərək: "Senator Anningin sözləri çoxmədəniyyətli cəmiyyətimizə təhqirdir. Senatdakı bu nifrət tacirləri ölkəmizdə nifaq toxumları əkirlər. Onlar dar siyasi mənfəətləri naminə ağdərili olmayan insanlara hücum etmək üçün heç bir fürsəti əldən vermirlər" ifadələrini işlətdi.

Faruqi Anningin şərhlərinin qorxu və cəmiyyətdə qaçqınlarla əlaqədar narahatlıq mühiti yaratmaq məqsədi güdən qərəzli bir strategiyanın hissəsi olduğunu qeyd etdi.

Faruqi 25 noyabr 2017-ci ildə Yaşıllar Partiyasında keçirilən ilkin seçkilərdə Yeni Cənubi Galler senatoru Lee Rhiannonun yerinə gələcək senator seçkilərində namizəd olmağa haqq qazanmışdı.

Müsəlman siyasətçi əyalət məclisində deputat idi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr