ABŞ Münbiçlə bağlı açıqlama verib

ABŞ Müdafiə Nazirliyində keçirilən mətbuat konfransına  telekonfrans vasitәsilә qoşulan  Qedney  Münbiçteki son vəziyyəti qiymәtlәndirib.

1032545
ABŞ Münbiçlə bağlı açıqlama verib

Amerika Birləşmiş Ştatlarının   rəhbərliyindəki DEAŞ əleyhinə koalisiyanın komandirlərindən Feliks Qedney lazımi təlimlər başa çatdıqda  Münbiçdә  Türkiyə ilə ABŞ arasında birgə nәzarәt fәaliyyәtinin başlayacağını bildirib.

ABŞ Müdafiə Nazirliyində keçirilən mətbuat konfransına  telekonfrans vasitәsilә qoşulan  Qedney  Münbiçteki son vəziyyəti qiymәtlәndirib.

Münbiçdәki prosesin planlaşdırıldığı kimi davam etdiyini bildirən Qedney: ‘‘Türkiyә Silahlı Qüvvәlәri Münbiçdәki koordinasiyalı/müstəqil nəzarət fəaliyyətini uğurla davam etdirir. Birgә nәzarәt fәaliyyәtlәri yaxın zamanda başlayacaq’’ deyib.

Pentaqon sözçüsü Erik Pahon iyunun 18-dә verdiyi açıqlamada TSQ və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin  Münbiçdә koordinasiyalı/müstəqil nəzarət fəaliyyətinә başladığını bildirmişdi.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeonun (Mike Pompeo) 4 iyundakı görüşündə rayonda təhlükəsizlik və sabitliyi təmin edən yol xəritəsi qəbul edilmişdi.

Qeyd edәk ki, terror tәşkilatı YPG/PKK DEAŞ-ın nәzarәtindәki  Münbiç rayonunu ABŞ-ın dәstәyi ilә işğal etmişdi.



Әlaqәli Xәbәrlәr