Mayk Pompeo vә Mәhәmmәd Bin Salman arasında telefon danışığı olub

Bu barәdә ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Hezır Noer (Heather Nauert ) mәlumat verib.

1031840
Mayk Pompeo vә Mәhәmmәd Bin Salman arasında telefon danışığı olub

ABŞ Dövlәt Katibi Mayk Pompeo (Mike Pompeo) vә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd Bin Salman arasında telefon danışığı olub.

Bu barәdә ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Hezır Noer (Heather Nauert ) mәlumat verib.

Mayk Pompeo vә Mәhәmmәd Bin Salman arasında baş tutan görüşlә bağlı mәlumat verәn Hezır Noert: ‘‘Pompeo Suriyanın şimal-şәrq  bölgәsindә sabitliyin tәmin olunması ehtiyacına verdiyi dәstәyә, İraq hökumәti ilә yaratdığı әlaqә vә İraqdakı su vә elektrik problemlәrinin hәlli üçün göstәrdiyi sәylәrә görә Mәhәmmәd Bin Salmana tәşәkkür edib’’ deyә qeyd edib.

Mәlumatda Pompeo vә Salmanın  Әfqanıstanda Qurban bayramı münasibәtilә atәşkәsin tәmin olunması mәsәlәsini  vә Yәmәndәki vәziyyәti  dә müzakirә etdiklәri bildirilir.



Әlaqәli Xәbәrlәr