BMT-dən suriya mövzusunda tərəflərə xəbərdarlıq

Suriyanın şimal ərazilərində yerləşən İdlib, Hama və Hələbdə davam edən qarşıdurmalarda 134 nəfər həyatını itirib.Bunu Birləşmiş Millətlər Təşkilatı Baş katibinin sözçüsü Farhan Haq növbəti mətbuat konfransında bildirib.

1031812
BMT-dən suriya mövzusunda tərəflərə xəbərdarlıq

Ötən gün İdlibin şimalındakı sarmadan bölgəsində dinç sakinlərin də qaldıqları bir binadaki sursat anbarında partlayış olduğuna və nəticədə 17-si uşaq olmaqla 9 adamın öldüyünə diqqəti çəkən Farhan Haq uşaqlara və qadınlara yardım təmin edən və UNICEF tərəfindən dəstəklənən üç səhiyyə mərkəzinə də hücum təşkil edildiyini, ikisinin yerlə yeksan olduğunu qeyd edib.

Haq bölgədə toqquşan bütün tərəflərə çağırış edib ki, dinç sakinləri, məktəbləri, xəstəxanaları hədəf götürməsinlər. Beynəlxalq hüquq normları çərçivəsində bölgəyə hümanitar yardımların çatrılmasına maneə törətməsinlər.



Әlaqәli Xәbәrlәr