Avropa parlamentindən Türkiyəyə dəstək

AP-nin Türkiyə üzrə forumu, ABŞ prezidenti Donald Trampın Türkiyəyə istiqamətli əlavə rüsum tətbiq edilməsinə dair qərarının legitim olmadığını, polat və alüminuma əlavə vergi tətbiqinin Dünya Ticarət Təşkilatı normları ilə üst-üstə gəlmədiyini bildirib.

1032244
Avropa parlamentindən Türkiyəyə dəstək

Avropa parlamentindən 60 millət vəkilinin üzv olduğu forumun açıqlamasında: "Avropa İttifaqı (Aİ), ABŞ-ın milli təhlükəsizliyi səbəb kimi göstərərək Türkiyəyə tətbiq etdiyi əlavə vergi qeyri-qanunidir. Dünya ticarət təşkilatı normlarına ziddir”. Açıqlamada həmçinin vurğulanıb ki, “AB-nin ən böyük ticarət ortağı hesab edilən Türkiyənin güclü iqtisadiyyata sahib olması, ölkədə sabitliyin hökm sürməsi alyansın mənfəətinədir. Nato üzvü olan iki ölkə problemlərini siyasi dialoq yolu ilə həll etməlidir”.

 



Әlaqәli Xәbәrlәr