II Dünya Müharibəsindən qalan bombalar 2 min nəfəri yerindən etdi
Polşada İkinci Dünya Müharibəsindən qalan, hər biri 300 kiloqram olan 3 bomba səbəbindən ən azı 2 min insan təxliyyə edildi.
1031473

Polşada rəsmilər Kolobrzeg şəhərindən kənarda Baltik dənizində İkinci Dünya Müharibəsindən qalan 300 kiloqramlıq partlamamış 3 bomba tapıldığını bildirdilər.
Bombalara görə şəhərdəki 2 min nəfərin təxliyyə edildiyini söyləyən rəsmilər bombaların dənizdən təhlükəsiz bir şəkildə çıxarılmasından sonra vətəndaşların evlərinə qayıtmasına icazə veriləcəyini dedilər.
Qeyd edək ki, Glogow şəhərində Oder çayının yatağında ötən həftə 250 kiloqramlıq partlamamış bir bomba tapılmış, şəhərdən 2 min nəfər təxliyə edilmişdi.
Әlaqәli Xәbәrlәr

Cen Psaki : “İranın cavabı bizi məyus etdi”
Cen Psaki İranın Avropa İttifaqının təklifini qəbul etməməsinə münasibət bildirib.