Yəməndə 3 min qədər silah toplanıb

Yəmən təhlükəsizlik qüvvələri, ölkənin şərqindəki Şebve vilayətində dinç sakinlərdən 3 min qədər silah toplayıb.

1028648
Yəməndə 3 min qədər silah toplanıb

 Hökumətə mənsub Şəbveniyyə Ziyalılar Birliyi bildirib ki, Şebvə şəhərinin mərkəzi Atakda hər cür silahın daşınmasını qadağan edən qərar dünən tətbiq olunmağa başlayıb. Qərarın tətbiqinə başlandığı ilk gündə Atakda təxminən 3 min silah müsadirə edilib.

Şərhdə həmçinin vurğulanıb ki, cinayət və təxribat hərəkətlərinin yayılmasına görə xalqın tələbi ilə həyata keçirilən qərarla Atakda təhlükəsizliyin bərpası planlaşdırılır. Hərbi personal istisna olmaqla bütün vətəndaşlar silahlarını təhvil verəcəklər. Qərarın nə zamana qədər qüvvədə qalacağına dair məlumat verilməyib.

Yerli media orqanlarının məlumatına görə Yəməndə mülki vətəndaşların əlində 60 milyon qədər silah var.



Әlaqәli Xәbәrlәr