Trampdan sonra ABŞ-da irqçilik artıb

Amerika Bİrləşmiş Ştatlarında Donald Trampın prezident seçildiyi 2016-cı ilin noyabr ayından bu yana irqçiliyin artdığı müəyyən olundu.

1028685
Trampdan sonra ABŞ-da irqçilik artıb

ABŞ-da siyasi araşdırma şirkəti "Morning Consult" ölkədə irqçiliyin təzahürü ilə bağlı sorğu keçirdi.

Sorğuda iştirak edənlərin 55%-i ölkədəki irqlər arasındakı münasibətlərin pişləşdiyini, 18%-i isə bu məsələdə hər hansı bir dəyişikliyin olmadığını dilə gətirdi.

Tədqiqatda irqlər arasındakı münasibətlərin pisləşdiyini təsdiq edən ağdərililərin nisbəti 51%, afroamerikalıların nisbəti 79%, latın əsilli amerikalıların nisbəti 60% oldu.

Sözügedən tədqiqat ABŞ-ın sabiq prezidenti George W. Bush dövründə aparıldığında respondentlərin yalnız 16%-i, Barack Obama dövründə isə 37%-i ölkədə irçiliyin yüksəldiyini bildirmişdi.

 

 



Әlaqәli Xәbәrlәr