Cinayәt törәdәn polislәr öldürülәcәk
Rodriqo Duterte Prezident İqamәtgahında müxtәlif cinayәtlәr törәdәn 102 polis әmәkdaşını qәbul edib.
1027933
Filippin Dövlət başçısı Rodriqo Duterte cinayət törәdәn polislərin öldürüləcəyini bildirib.
Rodriqo Duterte Prezident İqamәtgahında müxtәlif cinayәtlәr törәdәn 102 polis әmәkdaşını qәbul edib. Dövlәt başçısı çıxışı zamanı yenidәn cinayәt törәdәn polislәrin öldürülmәsi ilә bağlı әmr verәcәyini söylәyib.
Polislәrin ailәlәrinә dә müraciәt edәn Filippin Dövlət başçısı Rodriqo Duterte: ‘‘ Bu polislәr ölsә bizә etiraz etmәyin. Mәn xәbәrdarlığımı etdim’’ deyә vurğulayıb.
Qeyd edәk ki, hәmin polislәr korrupsiya, tәcavüz, narkotik ticarәti kimi cinayәtlәrdә ittiham olunurlar.