Avropa İttifaqı İran ilə ticarəti təşviq edir

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini Aİ-nin İran ilə ticarətin artırılmasını təşviq etdiyini söylədi.

1027552
Avropa İttifaqı İran ilə ticarəti təşviq edir

Yeni Zellandiyaya səfər edən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini burada verdiyi açıqlamada nüvə öhdəliklərinə sadiq olan İran ilə ticarətin artırılmasını təsviq etdiklərini bildirdi.

Mogherini həm bölgənin, həm də dünyanın təhlükəsizliyi üçün faydalı olduğuna inandıqları müqavilənin İran xalqına qazandırdığı iqtisadi faydaların davam etməsi və İranın müqavilədə qalması üçün əllərindən gələni etdiklərini dilə gətirdi.

Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyalarının ilk bölümünü yenidən tətbiq etməyə başlamışdı.

İranın ABŞ dolları əldə etməsini, dövlət istiqrazı satmasını, qızıl və digər qiymətli metallar və polad, alüminium, kömür ticarəti ilə məşğul olmasını və sərnişin təyyarəsi, və ya təyyarə hissələrini idxal etməsini əngəlləyən sanksiya paketi Vaşinqton vaxtı ilə 00.01etibarən rəsmən qüvvəyə minmişdi.

 



Әlaqәli Xәbәrlәr