Əfqanıstanda Talibanın hücumu nəticəsində 40 əsgər ölüb

Əfqanıstanda hərbi bazalardan birinə Talibanın hücumu nəticəsində 40 əsgər ölüb.

1026259
Əfqanıstanda Talibanın hücumu nəticəsində 40 əsgər ölüb

Əfqanıstanda hərbi bazalardan birinə Talibanın hücumu nəticəsində 40 əsgər ölüb.

Bazanın yerləşdiyi Uruzqan vilayətinin Çinartu qəsəbəsində polis bölməsinin müdiri Ahtar Məhəmməd terrorçuların dörd bir tərəfdən hücumu nəticəsində 40 əsgərin həyatını itirdiyini söyləyib.

Hücum zamanı bir neçə əsgərin xəsarət aldığını bildirən Məhəmməd bir çox əsgərdən də xəbər ala bilmədiklərini deyib.

Ahtar Məhəmməd hücumdan sonra yaranan qarşıdurmada terrorçulardan da ölənlər olduğunu qeyd edib.  

Taliban tərəfindən verilən açıqlamada isə hücum nəticəsində bazanın ələ keçirildiyi iddia edilib.



Әlaqәli Xәbәrlәr