Banqladeşdə ABŞ səfirinin avtomobilinə silahlı hücum olub

Banqladeşin paytaxtı Dəkkədə ABŞ səfiri Marş Berniketin içərisində olduğu avtomobilə bir qrup silahlı şəxs hücum edib.

1026265
Banqladeşdə ABŞ səfirinin avtomobilinə silahlı hücum olub

 

 Banqladeşin paytaxtı Dəkkədə ABŞ səfiri Marş Berniketin içərisində olduğu avtomobilə bir qrup silahlı şəxs hücum edib.

Bu barədə Amerikanın Banqladeşdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum edən şəxslərdən bir neçəsi motosikletdə olub. Səfir, sürücüləri və təhlükəsizlik xidmətinin əməkdaşları xəsarət almayıblar, lakin mühafizənin iki avtomobilinə ziyan dəyib.

Digər tərəfdən ölkədə bir həftədir tələbələrin davam etdirdiyi etiraz aksiyalarında ötən gün polisin kütləni dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə etdiyi, yaralanan aksiyaçı sayının 50-yə çıxdığı bildirilib.

Yerli mətbuat da hakimiyyətdəki Avami Birliyinə yaxın şəxslərin partiya binalarına tərəf yürüş başladan tələbələri döydüyünü yazıb.

Banqladeşin Baş naziri Şeyx Hasina etiraz aksiyalarına son qoymağa çağırarkən, Daxili İşlər naziri Əsəduzzaman Xan təhlükəsizlik qüvvələrinin aksiyaçılara qarşı səbr kasasının daşmaq üzrə olduğunu bildirib.  

 



Әlaqәli Xәbәrlәr