ABŞ İrana qarşı sanksiyaları bərpa edəcəyini açıqladı

ABŞ-ın dövlət katibi Mayk Pompeo həftənin əvvəlindən etibarən İrana qarşı dayandırılan sanksiyaların bərpa ediləcəyini açıqladı.

1026253
ABŞ İrana qarşı sanksiyaları bərpa edəcəyini açıqladı

ABŞ-ın dövlət katibi Mayk Pompeo həftənin əvvəlindən etibarən İrana qarşı dayandırılan sanksiyaların bərpa ediləcəyini açıqladı.

Mayk Pampeo bunu Asiyaya səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamasında deyib.

ABŞ mediasında yer tutan xəbərlərə görə, Ağ Evin bugün İrana qarşı sanksiyaların bərpasına dair açıqlama verəcəyini bildirən Pompeo “ABŞ bu sanksiyaları bərpa edəcək. Bunlar İranın pis niyyətli fəaliyyətlərinə qarşı cəhdlərimizin önəmli hissəsidir” deyib.

ABŞ rəhbərliyinin rəsmi Tehran  ilə masaya oturmağa açıq olduğuna diqqət çəkən Pompeo bunun üçün Tehranın əvvəl siyasətində ciddi dəyişikliklər etməsinin vacibliyini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp 14 iyul 2015-ci il tarixində Avstriyanın paytaxtı Vyanada P5+1 (ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya) ilə İran arasında imzalanan və 16 yanvar 2016-cı ildə qüvvəyə minən  Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) olaraq adlandırılan nüvə razılaşmasından çıxdığını və İrana qarşı sanksiyaların qüvvəyə minəcəyini elan etdi.



Әlaqәli Xәbәrlәr