Venesuela prezidentinə bomba yüklü PUA-larla hücum edildi

Venesuela prezidenti Nikolas Maduro mərasimdə çıxış edərkən bomba yüklü pilotsuz uçan aparatın (PUA) hücumuna məruz qaldı.

1025917
Venesuela prezidentinə bomba yüklü PUA-larla hücum edildi

BBC-nin yaydığı xəbərə görə, Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakasda təşkil edilən mərasimdə çıxış edərkən partlayıcı yüklü pilotsuz uçan aparatlarla (PUA) hücum təşkil edilib.

Səlahiyyətli şəxslər Maduronun hücumda yaralanmadığını bildiriblər.

Rabitə naziri Jorgi Rodriguez hücumda Maduronun hədəf alındığını və digər 7 adamın yaralandığını söyləyib.

Prezident Maduronun televiziya vasitəsilə canlı yayımlanan çıxışı zamanı səsin kəsildiyi və ətrafda PUA-ların görüldüyü bildirilir.



Әlaqәli Xәbәrlәr