Aleksanr Lavrentyev: "İdlibdə hərbi əməliyyat gündəmdə deyil"

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksanr Lavrentyev İdlibdə hərbi əməliyyatın gündəmdə olmadığını biildirdi.

1023693

Lavrentiyev Rusiyanın Soçi şəhərindəki zəmanətçi ölkələrin 10-cu toplantısından sonra təşkil etdiyi mətbuat konfransinda  nəzarətə alınanların azadlığa buraxılması mövzusunda alınan qərara toxunaraq: "İlk mərhələdə 10-15 əsirin azadlığa buraxılması müzakirə mövzusudur. Lakin bu başlanğıcdır. Müxalifət həbs olunanların siyahısını təqdim etməyə çəkinir. Çünki həmin şəxslərin edam edilməsindən qorxurlar. Bu mövzudakı səylərimizin müsbət təsiri olacağına inanıram. Türkiyəli tərəfdaşlarımızdan da töhfə istəyirik və onlar bu töhfəni təmin edirlər" deyə danışdı. 

Soçidə keçirilən iki günlük danışıqlardan sonra Türkiyə, Rusiya və İran Suriyanın bütövlüyünə bağlılıqlarını və qonşu ölkələrin təhlükəsizliyini təhdid edən separatçı gündəmlərə qarşı birgə mövqelərini vurğulamışdılar.

Zəmanətçi ölkələrin gələcək toplantısının noyabr ayında keçiriləcəyi bildirilmişdi.

Әlaqәli Xәbәrlәr