Kamikadze özünü stadionda partladıb

Belçikada Liege əyalətinin Verviers qəsəbəsində naməlum şəxs futbol meydançasında özünü partladıb.

1023363
Kamikadze özünü stadionda partladıb

Verviers Bələdiyyəsinin məlumatına görə partlayıcı kəmər geymiş 50-60 yaşlarında olması ehtimal edilən adam Stembertdə olan futbol meydançasına gedərək, özünü partladıb. "Le Soir"də yer alan xəbərə görə, özünü partladan şəxs keçmiş bir hərbçi ola bilər. Şəxsiyyəti açıqlanmayan adamın evinə hadisədən sonra basqın edilib. Küçədəki evlər boşaldılıb. Bomba axtarış işləri davam edir.

 



Әlaqәli Xәbәrlәr