ABŞ rəsmilərinin Talibanla görüşdükləri iddia edildi

ABŞ Dövlət Departamentinin Cənubi və Orta Asiya üzrə müşavirinin müavini, səfir Alisa Uelsin (Alice Wells ) Taliban liderləri ilə görüşdüyü iddia edildi.

1022691
ABŞ rəsmilərinin Talibanla görüşdükləri iddia edildi

"Amerikan Wall Street Journal" qəzetinin yaydığı xəbərdə ABŞ Dövlət Departamentinin Cənubi və Orta Asiya üzrə müşavirinin müavini, səfir  Alisa Uelsin (Alice Wells ) başçılıq etdiyi ABŞ nümayəndə heyətinin Qətərin paytaxtı Dohada Taliban liderlərilə görüş keçirdiyi bildirilir.
 
 Xəbərdə görüşün məqsədinin Ramazan Bayramı zamanı Əfqan hökuməti ilə Taliban arasında atəşkəslə təmin edilən danışıqlarda əldə edilən irəliləyişlərin qorunub saxlanılması olduğu qeyd olunur.

"New York Times" qəzeti isə görüşdə Əfqan hökuməti rəsmilərinin olmadığını irəli sürdü.
 
 "New York Times"ın Taliban üzvlərinə əsaslanaraq dərc etdiyi xəbərində toplantının Əfqanıstanda sülh danışıqlarının başlanılması ilə bağlı olduğu, Talibanın bu görüşdən müsbət nəticələr əldə etməyi gözlədiyi qeyd edilir.
 
 Qəzetə açıqlama verən Əfqan hökuməti rəsmiləri isə sülh ilə əlaqədar bütün səyləri məmnuniyyətlə qarşıladıqlarını ifadə etdilər.
 
 ABŞ Dövlət Departamentinin rəsmisi Anadolu Xəbər Agentliyi müxbirinə: "Bu, Əfqan hökuməti tərəfindən həyata keçirilən bir prosesdir. Görüşlər Taliban və Əfqan hökuməti arasında baş tutur" dedi.
 
Pentaqon rəsmisi isə ABŞ ordusunun sözügedən danışıqlarda iştirak etmədiyini bildirdi.



Әlaqәli Xәbәrlәr