X Braziliya-Rusya-Hindistan-Çin-Cənubi Afrika (BRİCS) Zirvə toplantısı öz fəaliyyətlərini başa vurdu

Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən X Braziliya-Rusya-Hindistan-Çin-Cənubi Afrika (BRİCS) Zirvə toplantısı öz fəaliyyətlərini başa vurdu.

1021074
X Braziliya-Rusya-Hindistan-Çin-Cənubi Afrika (BRİCS) Zirvə toplantısı öz fəaliyyətlərini başa vurdu

Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən X Braziliya-Rusya-Hindistan-Çin-Cənubi Afrika (BRİCS) Zirvə toplantısı öz fəaliyyətlərini başa vurdu.

Toplantıda iştirak edən liderlər dünya miqyasında siyasi və maliyyə böhranlarının həlli məqsədilə ortaq hərəkət etməyə çağırdı.

Üç gün davam edən zirvə yığıncağının ilk iki günü BRIKS üzvü ölkələr- Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin liderləri yığıncaq keçirdikdə, son gün BRIKS-ə üzv olmayan dəvətli ölkələr  "BRICS Outreach Diyaloq iclası" və "BRICS Plus" iclaslarında bir araya gəldi.

İclasın yekun bəyannaməsində şəffaf və çoxtərəfli ticarət sisteminin dəstəklənməsi və dünyanın müxtəlif bölgələrində davam edən toqquşmalara son qoyulması üçün çağırış edildi.

Bəyannamədə vurğulanıb ki, Beynəlxalq Ticarət Təşkilatı əsasları çərçivəsində şəffaf və çoxtərəfli ticarət sistemini dəstəkləyir və yenidən təsdiqləyirik. Çoxtərəfli ticarət sisteminin bənzəri olmayan çətinliklərlə qarşı-qarşıya olduğunu bilirik və şəffaf dünya iqtisadiyatının daşıdığı əhəmiyyəti vurğulamaq istəyirik.

Enerji sahəsində qəbul edilən qərarlarla əlaqəli isə yekun bəyannamədə bildirilib ki, BRİKS-in ənərji nazirləri, BRİKS Enerji Araşdırma Əməkdaşlıq Platforması qurulmasına dair razılıq əldə olundu.

Sammitdə enerji sahəsilə yanaşı su problemi və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün addımlar da atıldı.

Digər tərəfdən yekun bəyannamədə BRİKS üzvü ölkələrin Orta Şərq və Şimali Afrika başda olmaqla dünyanın müxtəlif bölgələrində davam edən toqquşmalara son qoyması, Fələstin-İsrail toqquşması, Suriya və Yəməndəki böhranın daha çox davam etməməsinın vacibliyi barədə də həmfikir olunduğu vurğulandı.

Bəyannamədə “Xüsusilə Fələstin-İsrail münaqişəsi kimi uzun müddətli toqquşmaların həlli təxirə salınmamalıdır. Qüds problemi ilə əlaqəli olaraq İsrail ilə Fələstin arasındakı danışıqlar çərçivəsində qərar verilməlidir” deyə ifadə edildi.

Zirve toplantısında Türkiye Efiopiya, Angola, Zambiya, Namibiya, Seneqal, Qabon, Toqo, Uqanda, Misir, Argentina, İndoneziya, Yamayka ve BMT-nin Baş katibi Antonio Quterreş dəvətli olaraq iştirak etdi.



Әlaqәli Xәbәrlәr