“OPEC neft hasilatını artıra bilər”:Aleksandr Novak

Cənubi Afrika Respublikasının Johannesburq şəhərində baş tutan Braziliya-Rusiya-Hindistan-Çin-Cənub Afrika sammitinə qatılan Rusiyanın energetika naziri Novak, sentyabrda Nazirlər Komitəsinin neft hasilatının artımını müzakirə edəbiləciyini  bildirib.

1020924
“OPEC neft hasilatını artıra bilər”:Aleksandr Novak

Bazarda yaşananlardan asılı olaraq, hər şeyin  müzakirə oluna biləcəyini   ifadə  edən Aleksandr  Novak:  “Bu ilin sonuna qədər bir milyon barel hasilat olması barədə qərar qəbul edilib və bu qərar hazırda da qüvvədədir. O şərtlə ki, sentyabrda istehsal, istehlak balansının necə getdiyini nəzərdən keçirə bilək. Odur ki, vəziyyətə baxacağıq". 

Nazir əlavə edib ki, OPEC üzvlərinin razılaşmanın şərtləri əsasında neft hasilatını dəyişmək üçün hər cür imkanları var.

ABŞ-nın  İrana tətbiq   edməyi  planlaşdırdığı    sanqsiyalara  da  münasibət  bildirən    nazir :"Hesab edirəm ki, neft bazarları bunu  nəzərə  alıb. Bunun neftin qiymətinə təsir  edəcəyini  güman etmirəm”



Әlaqәli Xәbәrlәr