ABŞ-Aİ arasında yaranmış ticarət gərginliyi sona çatdı

ABŞ prezidenti Donald Tramp və Avropa İttifaqı Komissiyasının rəhbəri Jan-Klod Yunker arasında ticarət əlaqələri ilə bağlı baş tutan yığıncaq tərəflərin razılaşması ilə yekunlaşıb.

1019707
ABŞ-Aİ arasında yaranmış ticarət gərginliyi sona çatdı

Prezident Tramp mövzu ilə əlaqəli açıqlamasında : "Əldə edilən razılaşmalara uyğun olaraq Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar".

ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında yazıb: “Sənədlər üzərində iş artıq başlayıb və proses sürətlə gedir. Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar. Eyni zamanda gördüyümüz işlərdən faydalanacaqlar”. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşünü yüksək qiymətləndirən Tramp: “Heç kimin gözləmədiyi halda mühüm irəliləyişə nail olduq”.

Qeyd edək ki, Ağ Evdə keçirilmış görüşdə tərəflər ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması və bir sıra digər məsələlərə dair razılığa gəliblər.

Jan-Klod Yunker də ABŞ ilə Avropa ittifaqı arasında ticarət ilə əlaqəli problemlərə son qoyulduğunu , sənaye məhsullarını idxal etmək üçün maneə törədilməməsi mövzusunda razılıq əldə edildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr