Rusiya Qırmızı dənizdə təbii qaz axtaracaq

Sudan Rusiya şirkəti ilə Qırmızı dənizdə təbii qaz hasilatı üzrə kəşfiyyat işlərinin aparılmasına dair müqavilə bağladı.

1018836
Rusiya Qırmızı dənizdə təbii qaz axtaracaq

Sudan Rusiya şirkəti ilə Qırmızı dənizdə təbii qaz hasilatı üzrə axtarış-kəşfiyyat işlərinin aparılmasına dair müqavilə bağladı.

Məlumatı Sudan hökuməti yaydı. 

Məlumatda heyətlərin Sudan Neft və Qaz naziri Ezheri Əbdülqədrin və Rusiya Təbii Sərvətlər və Ekologiya naziri Dmitriy Kobılkinin rəhbərliyi ilə paytaxt Xartumda görüşəcəyi bildirilir.

Bağlanan müqaviləyə görə, Rusiya şirkəti "Ross Geology" Qırmızı dənizdə təbii qaz hasilatı üzrə axtarış-kəşfiyyat işləri aparacaq.

Axtarış-kəşfiyyat işlərinin nə zaman başlayacağına dair məlumat yoxdur.

Qeyd edək ki, Sudan ABŞ tərəfindən 20 il tətbiq olunan iqtisadi sanksiyaların oktyabr ayında dayandırılmasından sonra enerji mənbələrini ortaya çıxarmaq üçün başda Türkiyə olmaqla, bir sıra ölkə ilə ortaq müqavilələr imzalayır.

 

 



Әlaqәli Xәbәrlәr