Rusiyadan ABŞ-a Suriya ittihamı

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın cənub-qərbindəki deeskalasiya zonasına aid öhdəliklərini yerinə yetirmədiyini bildirdi.

1017941
Rusiyadan ABŞ-a Suriya ittihamı

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın cənub-qərbindəki deeskalasiya zonasına aid öhdəliklərini yerinə yetirmədiyini bildirdi.
 
 Nazirlikdən verilən yazılı açıqlamada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla  ABŞ dövlət katibi  Mike Pompeo arasında aparılan telefon danışığından sonra ABŞ tərəfinin Rusiyanı günahlandırdığı xatırladılır.
 
 ABŞ-ın Rusiyanı Suriyanın cənub-qərbində deeskalasiya zonasında öhdəliklərini yerinə yetirməməklə günahlandırdığı bildirilən açıqlamada bunlar qeyd edilir: "Reallıqda vəziyyətin əksinə olduğunu vurğulamaq istərdik. Aylardır cənub-qərb deeskalasiya zonasında mötədil müxaliflərin DEAŞ və Əl-Nusra terror təşkilatlarından ayrılması üçün Vaşinqton tərəfindən heç bir şey edilməyib".



Әlaqәli Xәbәrlәr