Meşə yanğınında ölənlərin sayı 50 nəfərə çatıb

Yunanıstanda baş verən meşə yanğınında, ilk məlumatlara görə 50 adam ölüb, 25-i ağır olmaqla 150 nəfər yaralanıb.

1018045
Meşə yanğınında ölənlərin sayı 50 nəfərə çatıb

Şərqi Attica ərazisində baş verən yanğın nəticəsində minlərlə hektar meşə sahəsi başda olmaqla xeyli sayda ev və avtomobil kül olub. Bölgədə fövqəladə vəziyyət elan edilib.

Meşəlik bölgədə çıxan, ancaq güclü və mütəmadi olaraq istiqamət dəyişdirən külək səbəbiylə qısa müddətdə Pendeli, Mati, Rafina, Vuçasnı   təsiri   altına   alan yanğına görə ətrafdakı evlərin təxliyə edilməsi təlib edilib.

Yanğın səbəbiylə evlərini tərk edərək dəniz sahilinə axışan yüzlərlə adam hərbi və mülki gəmilər, dəniz mühafizə orqanların  yardımı  ilə  səhərə kimi Rafina Limanına daşınıb. Evsiz qalanlar isə müvəqqəti olaraq otellərdə və hərbi müəssisələrdə yerləşdirilib.

Baş nazir Çipras isə Bosniya və Herseqovina səfərinə son qoyaraq dərhal paytaxt Afinaya qayıdaraq, fövqəladə yığıncağa qatılıb. Əlaqədar nazirlər, rəsmilər və xilasetmə təşkilatı səlahiyyətliləriylə bir araya gəlib. Baş nazir daha sonra verdiyi açıqlamada yanğına müdaxilə üçün səfərbərlik başladıldığını, yanğının, "Attikanın həm şərqində həm qərbində eyni anda baş verməsinə şübhə ilə yanaşdığını qeyd edib.

Hökumət sözçüsü Dimitris Canakopulosun məlumatına görə bölgədi eyni vaxtda 15 fərqli nöqtədə yanğın baş verdiyini, küləyin təsiri ilə qıssa müddətdə yayıldığını bildirib. Yanğını söndürmə fəaliyyətləri isə aramsız davam edir.



Әlaqәli Xәbәrlәr