"NSU Almaniya tarixində çox qara ləkədir", A.Merkel

Almaniya kansleri Anqela Merkel Milli Sosialist Yeraltı (NSU) terror təşkilatının törətdiyi cinayətlərin Almaniya tarixində çox qara bir ləkə olduğunu söylədi.

1016439
"NSU Almaniya tarixində çox qara ləkədir", A.Merkel

  Federal Mətbuat Mərkəzində keçirilən ənənəvi yay dövrü mətbuat konfransında Münhen Əyalət Ali Məhkəməsində başa çatan NSU işinə dair fikirlərlə bağlı A.Merkel deyib: "Lazımi cəzalar verildi, ancaq məsələ bağlanmadı… Əsas problem əlaqədar orqanların terrorçuların etdiklərinə əvvəlcədən o qədər də fikir verməməsi olub. Ona görə də bu, Almaniya tarixində çox qara bir ləkədir… NSU tərəfindən öldürülənlərin yaxınlarının haqları var. Ailələrin emosional vəziyyətini anlayırıq… Mənim vəzifəm bütün hadisələrin işıqlandırılması üçün təhlükəsizlik orqanlarının koordinasiyalı işləməsi və belə bir hadisənin yenidən baş verməməsini təmin etməkdir… Baş verən pis təcrübədən lazımi dərslər çıxarılmalıdır. Proses davam edir.”

  Xatırladaq ki, Almaniyada 2000-2007-ci illər arasında 8-i türk 10 nəfərin öldürülməsi başda olmaqla müxtəlif cinayətlərlə əlaqədar mühakimə edilən və keçən həftə sona çatan NSU məhkəməsinin əsas müttəhimi Beyt Zsheyl (Beate Zschaepe) ağırlaşdırılmış ömürlük, Ralf Vohlleben (Wohlleben) 10, Andre Eminqer 2,6, Holqer Qerlax (Holger Gerlach) 3, Karsten (Carsten S) isə 3 il həbs cəzasına məhkum olunub.



Әlaqәli Xәbәrlәr