Finlandiya müxbirlərinin Putin və Trampa açıq məktubu

Rusiya prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın görüşünə ev sahibliyi edəcək olan Finlandiyanın ən böyük qəzeti, Helsinqin "Sanomat”da liderlərə xitabən açıq məktubu dərc olunub.

1012823

  “Sanomat” qəzetinin müxbirləri Saska Saarikoski və Laura Saarikoskinin imzasını daşıyan açıq məktub fin, ingilis və rus dillərində olmaqla üç ayrı dildə yayınlanıb.

  Finlandiyanın bundan əvvəlki gərgin dövrlərdə də Rusiya və ABŞ liderlərini qəbul etdiyi xatırlanan, Helsinki ruhunun köməyilə başçıların ölkədən hər zaman təbəssümlə ayrıldığı qeyd olunan açıq məktubda yazılır:

  “İyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə olacaq Putin-Tramp görüşünün nəticəsini əvvəlcədən təxmin etmək çətin deyil. Çünki son vaxtlar həm Rusiya, həm də ABŞ sözlərini və əməllərini tez-tez dəyişir.

  Rusiya və ABŞ arasında münasibətlərin gərgin olmasının heç kimə faydası yoxdur. Ona görə də bu görüş təkcə iki ölkə üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir.”

Әlaqәli Xәbәrlәr