Avropa İttifaqı və Yaponiya arasındakı sammit təxirə düşdü

Avropa İttifaqı və Yaponiya arasında iqtisadi və strateji tərəfdaşlıq müqavilələrinin imzalanacağı zirvə toplantısı sel fəlakəti ilə əlaqədar təxirə salınıb.

1008961
Avropa İttifaqı və Yaponiya arasındakı sammit təxirə düşdü

 Aİ-nin Şura sədri Donald Tusk sosial media hesabından bu baərəd yazıb: “Yaponiyada baş verən sel fəlakətilə əlaqədar 11 iyul tarixində Belçikanın paytaxtı Brüsseldə keçirilməsi planlaşdırılan Aİ-Yaponiya sammiti təxirə salındı. Toplantı gələn həftə Yaponiyanın paytaxtı Tokioda keçirilə bilər. Yaponiya xalqına başsağlığı veririk”.

  Yaponiyanın Baş naziri Şinzo Abe, Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Yan Klod Yunker İqtisadi Tərəfdaşlıq Müqaviləsi və Strateji Tərəfdaşlıq Müqaviləsini imzalamaq üçün Brüsseldə Aİ-Yaponiya Sammiti keçirməyi planlaşdırırdı.

  Aİ şirkətlərinin Yaponiyaya ixracda hər il ödədikləri gömrük vergilərinin böyük hissəsini aradan qaldıracaq ticarət razılaşması kənd təsərrüfatı, maliyyə xidmətləri, elektron ticarət, rabitə və nəqliyyat sahələrində bazarlara daxilolmanın genişlənməsini nəzərdə tutur. Yaponiyadakı dövlət satınalma prosedurlarında Aİ şirkətlərinin qoşulmasını təmin edən müqavilə ilə avtomobil sektorunda bazarların mərhələli proseslə açılması da planlaşdırılır.

  Qeyd edək ki, Yaponiyanın bəzi bölgələrini təsiri altına alan şiddətli yağışların yol açdığı sel və torpaq sürüşmələri çox sayda insanın həyatını itirməsinə səbəb olub.



Әlaqәli Xәbәrlәr