ABŞ PKK terrorçularından ibarәt olan DSQ-yә 200 TIR silah göndәrib

Bu barәdә DSQ-yә aid mәnbәlәr mәlumat yayıb.

1009281
ABŞ PKK terrorçularından ibarәt olan DSQ-yә 200 TIR silah göndәrib

Türkiyənin etirazlarına baxmayaraq separatçı terror təşkilatı PKK/YPG-yә dəstəyini davam etdirən ABŞ  rəhbərliyi  PKK terrorçularından ibarәt olan Demokratik Suriya Qüvvәlәrinә (DSQ) 200 TIR silah göndәrib.

ABŞ-ın göndәrdiyi  silahların İraq üzərindən Suriyaya İraq sərhədçiləri tərəfindən nəzarət edilən Simalka sərhəd mәntәqәsindәn ölkә әrazisinә keçirildiyi  bildirilir.

DSQ-yә aid mәnbәlәr silahların  Hasekenin cənubunda terror təşkilatı DEAŞ-a qarşı  davam etdirilən  əməliyyatlarında istifadə edilәcәyi ilә bağlı mәlumat yayıb.

Qeyd edәk ki, ABŞ DSQ-yә iyun ayında da 250 TIR silah vә hәrbi texnika göndәrmişdi.


Etiketlәr: #DSQ , #ABŞ , #silah-sursat , #Haseke , #Suriya

Әlaqәli Xәbәrlәr