Avropaya vizasız getmək haqqı olanlar artıq digər Aİ ölkəsinə keçərkən icazə almalıdır

Yaşıl və boz pasportu olanları kədərlənən yeni qayda Avropa İttifaqının rəsmi “twitter” hesabında əks olunub.

1006418
Avropaya vizasız getmək haqqı olanlar artıq digər Aİ ölkəsinə keçərkən icazə almalıdır

  Avropa Parlamenti vizasız səyahət hüququ olan adamların artıq Avropa İttifaqı (Aİ) ölkələrinə girərkən icazəsi almaları lazım olduğu bildirib.

 Yaşıl və boz pasportu olanları kədərləndirən yeni qayda Avropa İttifaqının rəsmi “twitter” hesabında əks olunub. Açıqlamada yazılır:

  “Yeni qayda indiyədək vizaya ehtiyac duymadan Avropa İttifaqına daxil olan insanların artıq bir səyahət izninə malik olduğu anlamına gəlir. Bunun sayəsində sərhədlərimizə çatmadan əvvəl kimin Avropa İttifaqına gəldiyini öyrənə biləcəyik.

  Aİ-də təhlükəsizliyi təmin etmək üçün yaradılan yeni sistem üzv ölkələrə girənlər haqqında ön bilgi almaq məqsədi daşıyır.

  Avropa Səyahət Məlumatları və Verilmə Sisteminin (ETIAS) ayrıntıları səhifədə video-materialla da izah edilir.

  2020-ci ildən tətbiq ediləcək yeni qaydaları öyrənmək üçün 7 avro təyin edilib, 18 yaşdan aşağı və 70 yaşdan yuxarı olanlar ödəmə etməyəcək. Verilən səyahət icazəsi 3 il qüvvədə olacaq.

  Qeyd edək ki, 2020-ci ildə 39 milyon vizasız səyahət haqqı olan yolçunun Avropa İttifaqı ölkələrinə səfər etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr