BMT TŞ Suriyada artan qarşıdurmalarla əlaqədar toplantı keçirәcәk

Bu barәdә İsveçin BMT-dәki daimi nümayәndәliyindәn verilәn mәlumatda bildirilib.

1005540
BMT TŞ Suriyada artan qarşıdurmalarla əlaqədar toplantı keçirәcәk

BMT Təhlükəsizlik Şurası Suriyanın cәnub-qәrbindә artan toqquşmalar sәbәbindәn sabah  iclas keçirәcәk.

Bu barәdә İsveçin BMT-dәki daimi nümayәndәliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda iclasın İsveç vә Küveytin tәlәbi ilә keçirilәcәyi bildirilib.

Mәlumatda bölgәdә zorakılığın azaldılması ilә bağlı çağırış da edilib.

Mәlumatda bildirilib ki, BMT Suriyanın cәnub-qәrbindә yaşanan toqquşmalardan narahatdır.

Suriyanın Dara bölgәsinin әtrafında yaşanan toqquşmalar sәbәbindәn  270- 330  min adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını vә İordaniya sәrhәdinә doğru köç etdiyini açıqlayan Birlәşmiş Millәtlәr Tәşkilatı İordaniyaya sәrhәdlәrini açması ilә әlaqәdar çağırış edib.



Әlaqәli Xәbәrlәr