Avropa İttifaqı ticarət münaqişələrilə bağlı ABŞ-a məktub göndərdi

Məktubda yazılır...

1004202
Avropa İttifaqı ticarət münaqişələrilə bağlı ABŞ-a məktub göndərdi

  Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının idxal etdiyi avtomobillərə əlavə gömrük vergisi tətbiq edərsə, 294 milyard dollarlıq cavab tədbirləri görəcəyinə dair xəbərdarlıq etdi.

  Aİ Komissiyası ticarət münaqişələrilə bağlı ABŞ Ticarət Nazirliyinə mövzuyla əlaqədar məktub göndərib. Məktubda yazılır:

  “ABŞ tərəfindən avtomobil və ehtiyat hissələrinə əlavə gömrük vergisi tətbiq olunması iqtisadi cəhətdən mənasız hərəkətdir.

  Polad və alüminium təcrübələri əsasında aparılan araşdırmalara görə, ABŞ-ın Avropa avtomobilləri və parçalarına 25 faiz əlavə gömrük rüsumları tətbiq etməsi qərarı 294 milyard dollarlıq qarşı tədbirlərə səbəb ola biləcək.

  Sözügedən vergi ABŞ iqtisadiyyatına başlanğıcda 13-14 milyard dollarlıq mənfi təsir edəcək, daha sonra isə cari tarazlığı pozacaq.

  Avropa avtomobil istehsalçıları ötən il ABŞ-da 2,9 milyon maşın istehsal etdi. Bu, ABŞ avtomobil istehsalının 26 faizi və yüz minlərlə adamın məşğulluğunun təmini deməkdir.

  Avropa İttifaqı ABŞ-ın yaxın müttəfiqidir və aramızda milli təhlükəsizlik təhdidi yoxdur. Rəsmi Vaşinqton Aİ-yə gömrük vergiləri tətbiq etməməlidir.”

  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 9 martda idxal polad və alüminiuma 25 və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlayıb və Aİ-ni bu vergilərdən 1 iyuna qədər müvəqqəti azad edib. Tərəflər arasında müzakirələr aparılsa da, ABŞ qərarından daşınmayıb. Buna görə də Aİ əlavə gömrük rüsumları məsələsilə bağlı tarazlayıcı tədbirlər görməyə məcbur olaraq 22 iyundan etibarən ABŞ-dan idxal edilən yüzlərlə müxtəlif məhsula 25 faiz gömrük vergisi tətbiq edib. Aİ-nin bu qərarından sonra ABŞ prezidenti D.Tramp Avropadan idxal edilən bütün avtomobillərə 20 faiz əlavə gömrük vergisi tətbiq etmək hədəsi gəlib.



Әlaqәli Xәbәrlәr