"Artıq Tramp rəhbərliyi altında çalışa bilməyəcəyəm" deyib istefa etdi

Amerika Birləşmiş Ştatlarının Estoniyadakı səfiri Ceyms de Melvil (James D Melville) prezident Donald Trampın avropalı müttəfiqlər haqqında dediyi sözlərə görə istefa qərarı verdi.

1003173
"Artıq Tramp rəhbərliyi altında çalışa bilməyəcəyəm" deyib istefa etdi

  “Foreign Policy” jurnalında yazılan xəbərə görə, Melvil “facebook” hesabından dostlarına belə bir müraciət yazıb: “Prezident Donald Trampın “Avropa İttifaqının ABŞ-a qarşı maraqlar və hücum üçün qurulduğu, NATO-nun NAFTA - Şimali Amerika Azad Ticarət Sazişi qədər pis olduğunu söyləməsi həqiqətləri əks etdirmir. Buna görə getməyimin vaxtı gəlib.”

  ABŞ Dövlət Departamenti də Ceyms de Melvilin vəzifəsindən ayrılacağını təsdiqləyərək Amerikanın Estoniyadakı səfirinin iyulun 29-dan təqaüdə çıxmaq istədiyini bildirib.

  Qeyd edək ki, Barak Obama rəhbərliyi zamanı 2015-ci ildə Estoniyaya səfirliyinə göndərilən, rus, alman və fransız dillərini mükəmməl bilən Ceyms de Mervil bundan əvvəl Avropadakı ABŞ missiyalarında müxtəlif yüksək vəzifələrdə çalışmışdı.

  Xatırladaq ki, ABŞ prezidenti Tramp bəzi Aİ ölkələrindən idxal polad və alüminiuma əlavə gömrük vergisi gətirib və NATO müttəfiqlərini sərt dillə tənqid edib.

  ABŞ-ın Estoniyadakı səfirindən əvvəl Panama üzrə səfiri Con Filey (John Feeley) də yanvar ayında "artıq Tramp rəhbərliyi altında çalışa bilməyəcəyəm" deyərək istefa etmişdi.



Әlaqәli Xәbәrlәr