"Bu, ABŞ-Koreya hərbi qüvvələrinin ittifaqa olan bağlığının sübutudur", V.Bruks

Amerika Birləşmiş Ştatları Cənubi Koreyanın paytaxtı Seulda 70 ildən artıqdır sürən hərbi varlığını rəsmən sona çatdırdı...

1002816
"Bu, ABŞ-Koreya hərbi qüvvələrinin ittifaqa olan bağlığının sübutudur", V.Bruks

  Amerika Birləşmiş Ştatları Cənubi Koreyanın paytaxtı Seulda 70 ildən artıqdır sürən hərbi varlığını rəsmən sona çatdırdı, ölkənin qərbindəki liman şəhəri Pyeonqtaekdə yeni qərargah yaratdı.

  1420 hektar sahəsi olan və tikintisi 11 milyard dollara başa gələn qərargah ABŞ-ın ölkə xaricində ən böyük hərbi bazasıdır. Amma qərargahın dəyərinin 90 faizi Cənubi Koreya tərəfindən ödənilib.  

  Yeni qərargahın açılış mərasimində çıxış edən ABŞ-Koreya hərbi qüvvələrinin (USFK) komandiri general Vinsent Bruks (Vincent Brooks) deyib: “Bu qərargahın binası və onu əhatə edən müəssisələr ABŞ qüvvələrinin Koreyada uzun müddət hərbi varlığını saxlamasına imkan verir. Bu, ABŞ-Cənubi Koreya hərbi qüvvələrinin ittifaqa olan bağlığının sübutudur."

  Qeyd edək ki, Cənubi Koreyada 28 min 500 ABŞ əsgəri var.



Әlaqәli Xәbәrlәr