ABŞ-a qarşı Kanada dirəndi

Kanada Xarici İşlər naziri Kristina Frilend (Chrystia Freeland) Amerika Birləşmiş Ştatlarının tətbiq edəcəyi gömrük tariflərinə qarşı hazırladıqları cəzalandırıcı tariflərin 1 iyul etibarilə qüvvəyə minəcəyini deyib.

1002951
ABŞ-a qarşı Kanada dirəndi

  K.Friland Hamilton şəhərindəki “Stelco” Dəmir-Polad Zavodunda Əmək naziri Petti Hadcu (Patty Hadju), Elm və İqtisadi İnkişaf naziri Navdip Bayins (Navdeep Bains), Beynəlxalq Ticarət naziri Fransua Flipp Şampan (François-Philippe Champagne) ilə birlikdə mətbuat konfransı keçirib. Yeni tarif hədəflərindən geri addım atmama sözü verən Frilend 1 iyul etibarilə qüvvəyə minəcək tətbiqi etməklə ABŞ məhsullarına 16,6 milyard dollarlıq cəzalandırıcı vergi gətirdiklərini bildirib: “ABŞ rəhbərliyinin sözügedən tədbirlərə əsas olaraq milli təhlükəsizlik qayğılarını irəli sürməsini "absurd" və "incidici"dir… Kanada hər zaman ABŞ bazarı üçün təhlükəsiz və etibarlı polad və alüminium mənbəyi olub. ABŞ-ın Kanadanın polad və alüminiumuna gətirdiyi tariflər Dünya Ticarət Təşkilatı və Şimali Amerika Azad Ticarət Müqaviləsi (NAFTA) qaydalarına görə qeyri-qanunidir. Buna qarşı tədbirlər gördüyümüz üçün sevinmirik, ancaq ABŞ tarifləri bizə sənayemizi, işçilərimizi və cəmiyyətimizi müdafiə etməkdən başqa yol qoymadı. Bu bədbəxt və görünməmiş münaqişəyə real həll ABŞ-ın polad və alüminium üzərindəki tariflərini geri çəkməsidir".

  Nazirlər Hadcu və Bayins isə Kanada hökumətinin ABŞ-ın tətbiqindən əziyyət çəkən müəssisələrə təzminat ödəyəcəyini və fəhlələri ölkədə saxlamaq üçün məşğulluq sığortası proqramı başlayacağını açıqladılar.

  Qeyd edək ki, Kanadada satılan Amerika məhsulları arasında süd, qəhvə, hazır yemək, qızılağac siropu, şokolad, pitsa, turşu, portağal suyu, soya sosu, ketçap, mayonez, viski, müxtəlif ev əşyası, tualet ləvazimatı, yataq örtüyü, oyun kartı, qələm, motorbot, yaxta, dənizçilikdə istifadə olunan material, təmizlik məhsulu, mətbəx ləvazimatı, geyim, şam, kağız salfet kimi yüzlərlə məhsul yer alır.

  K.Frilandin açıqlamasına görə, “ABŞ tərəfi hansı məhsula nə qədər vergi qoyarsa, Kanada da eyni nisbətləri tətbiq edəcək”.



Әlaqәli Xәbәrlәr