İran-Əfqanıstan sərhədində yeni gömrük postları açılacaq

İran sərhəd komandiri Qasım Rza Əfqanıstan sərhəd rəsmilərilə aparılan danışıqlar nəticəsində yeni rəsmi sərhəd qapılarının açılması məsələsində razılığa gəlindiyini deyib.

1001744
İran-Əfqanıstan sərhədində yeni gömrük postları açılacaq

  İran polisinə aid internet xəbər saytına məlumat verən İran sərhəd komandiri Qasım Rza Əfqanıstan sərhəd rəsmilərilə aparılan danışıqlar nəticəsində yeni rəsmi sərhəd qapılarının açılması məsələsində razılığa gəlindiyini deyib.

  Sərhəddə qarşılıqlı təhlükəsizlik qüvvələrinin artırılacağını bildirən Q.Rza deyib: "İki ölkə arasında gömrük qapılarının sayı artırılacaq… Sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq nəticəsində İrana daxil edilən narkotik miqdarı azalıb. İş birliyimizi artıraraq narkotik qaçaqmalçılığının tamamilə qarşısını almalıyıq.”

  Qeyd edək ki, 945 kilometr uzunluğunda olan İran-Əfqanıstan sərhədində - Xorasani Rəzəvi əyalətində Dugarun, Cənubi Xorasan əyalətində Yezdan, Sistan-Belucistan əyalətində isə Zabol gömrük qapılarından başqa, bölgə xalqının “çamadan ticarəti” üçün rəsmi olmayan keçidləri də var.



Әlaqәli Xәbәrlәr