Donald Tramp Avropa səfərində Vladimir Putinlə görüşə bilər

ABŞ prezidenti Donald Tramp iyul ayında Avropaya edəcəyi səfər zamanı Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşə biləcəyini açıqladı.

1001444

Ağ Sarayda Portuqaliya prezidenti Rebelo də Sousa ilə görüşən Tramp Oval Ofisdə mətbuat nümayəndələrinin gündəmə dair suallarını cavablandırdı.
 
 Putin ilə görüşün "yaxşı bir şey" olduğunu qeyd edən Tramp: "Prezident  Putin ilə Ağ Evin  Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçi  Con Bolton (John Bolton) görüşdü. Hələ ki, bu görüşə dair geniş məruzə edilməyib. Lakin hər zaman dediyim şey budur: Rusiya və Çinlə görüşmək dünya üçün yaxşı bir şeydir. Avropaya səfərimdə görüşə bilərik. Suriya və Ukrayna məsələlərini müzakirə edərik" dedi.
 
Әlaqәli Xәbәrlәr