ABŞ BMT-nin embarqo qərarını pozduğuna görə İranı günahlandırdı

ABŞ-ın BMT-dəki daimi dünayəndəsi Nikki Haley İranın terror təşkilatlarını dəstəkləyərək bölgəni sabitsizləşdirdiyi, bununla da BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu söyləyib.

1001277
ABŞ BMT-nin embarqo qərarını pozduğuna görə İranı günahlandırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranın terror təşkilatlarını dəstəkləyərək bölgəni sabitsizləşdirdiyi, bununla da BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu söyləyib.

BMT Təhlükəsizlik Şurasında ABŞ-ın tərk etdiyi İranın nüvə propramı müqaviləsilə əlaqəli Şuranın 2231 nömrəli qərarının tətbiqinə dair baş katib Antonio Quterreşin son hesabatı müzakirə edildi.

Hesabatda Yəməndə Husilərin Səudiyyə Ərəbistanına fırlatdığı raketlərin bəzi hissələrinin İranda istehsal edildiyinə dair sübutlar olduğu bildirilib.

Nikki Haley həmin yığıncaqdan əvvəl verdiyi açıqlamada İranı tənqid edərək deyib ki, İran Orta Şərqə silahlar göndərərək, səyahətlə əlaqəli qadağan qərarına meydan oxuyur və terror təşkilatlarına dəstək verir. Bununla da bölgədə sabitsizlik yaradaq BMT Təhlükəsizlik Şurasının qərarlarını pozur. BMT-nin hesabatında da İranın Təhlükəsizlik Şurasının sanksiyalarını pozduğuna dair güclü dəlillər var. ABŞ İranın qanun pozuntuları və dağıdıcı əməliyyatlarının nəzarətsiz qalmasına icazə verməyəcək. Təhlükəsizlik Şurasına üzv ölkələri də bu addımı atmağa çağırırıq.

BMT təhlükəsizlik Şurasındakı Avropa İttifaqına (Aİ) üzv ölkələr isə raket sınaqlarının İranın nüvə proqramına dair müqavilə ilə əlaqəli olmadığını və müqaviləyə sadiq qalınmasının vacibliyini dilə gətirirlər.

Aİ-nin BMT-dəki daimi nümayəndəsi Joao Vale de Almeida İttifaqın İranın bölgədəki hərbi fəaliyyətləri və raket proqramından təşviş duyduğunu, ancaq bu vəziyyətin nüvə müqaviləsilə əlaqəli olmadığını söyləyib.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre isə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramına dair müqavilənin öhdəliklərini yerinə yetirdiyini təsdiqlədiyini xatırladıb və bu müqavilənin bölgənin sabitliyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Pierse də İranın Yəmənə ballistik raket hissələri verməsi və raket proqramı kimi nüvə müqavilənin xaricindəki mövzuların ayrıca müzakirə edilməsinin vacibliyini dilə gətirib.

BMT-nin hesabatındakı İranla əlaqəli dəlillərin təsdiq edilmədiyini bildirən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassily Nebenzia hesabatı tənqid edən ifadələr səsləndirib.  



Әlaqәli Xәbәrlәr