Trampın DEAŞ-la mübarizə üzrə xüsusi nümayəndəsi koalisiyanın son fəaliyyətlərindən danışdı

ABŞ prezidenti Donald Trampın DEAŞ-la mübarizə üzrə xüsusi nümayəndəsi Bret Mayk Qurk ölkəsilə Türkiyənin xüsusilə Suriyanın Münbiçlə əlaqəli əməkdaşlığının uğurlu olduğunu söyləyib.

1000544

Mayk Qurk keçirilən yığıncaqda etdiyi çıxışda ətraflı şəkildə DEAŞ əleyhinə koalisiyanın son fəaliyyətlərindən danışıb.

"ABŞ ilə Türkiyə arasında Suriyadakı əməkdaşlıq son zamanda müsbət istiqamətdə davam edir. NATO müttəfiqimiz və DEAŞ əleyhinə koalisiya tərəfdaşımız Türkiyə ilə birlikdə bölgədə və xüsusilə Münbiç bölgəsində gərginliyi azaltmaq üçün apardığımız fəaliyyətlər təqdirə layiqdir. Türkiyə ilə Münbiçdə bir yol xəritəsi hazırladıq. Onlarla müzakirələrimiz səmərəli və məhsuldar oldu. Bunun davam etməsini gözləyirik, bu əməkdaşlıq üçün minnətdarıq"-deyə sözçü bildirib. 

DEAŞ ilə mübarizənin son nöqtəyədək davam etdiriləcəyini bildirən Mayk Qurk Suriya və İraqda son qalan DEAŞ nöqtələrinin də təmizlənməsi üçün bölgədəki tərəfdaşlarla fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, koalisiyanın yüksək səviyyəli səhaliyyətlilərini bir araya gətirən son toplantı fevral ayında Küveytdə keçirildi.  

Әlaqәli Xәbәrlәr