Müsəlman ölkə vətəndaşlarının ABŞ-na səyahəti qadağan edildi

Prezident Donald Trampın bəzi müsəlman ölkə vətəndaşlarının ABŞ-na daxil olmalarını qadağan edən qərarı Ali məhkəmə tərəfindən təsdiq edilib.

1000532
Müsəlman ölkə vətəndaşlarının ABŞ-na səyahəti qadağan edildi

Tramp rəhbərliyinin il yarım əvvəl qəbul etdiyi qərarın tətbiqinin qarşısı adi məhkəmələr və ölkə baş prokurorluğu tərəfindən alınmışdı. Qərara görə 7 ölkənin vətəndaşları ABŞ-na daxil ola bilməyəcəklər.

Qadağan qərarı əhalisinin əksəriyyəti müsəlman olan İran, Liviya, Somali, Suriya, Yəmən, Şimali Koreya vətəndaşları və Venesuelanın bəzi müsəlman məmurlarına tətbiq ediləcək.

Açıqlamadan sonra yüzlərlə adam Ali məhkəmənin önündə toplanaraq etirazlarını səsləndiriblər. Etirazçılara yalnız müsəlmanlar yox, Amerikalı və xristianlar da dəstək veriblər.

Amerika Mülki Azadlıqlar ittifaqı isə qərarı irqçilik və xarici düşmənçiliyini legitimləşdirən səhv addım olaraq xarekterizə edib. Demokratik Partiya isə qərara yenidən baxılmasını tələb edərkən, Respublikaçılar, tətbiq sayəsində ölkədə terrorun sona çatacağını irəli sürüblər.



Әlaqәli Xәbәrlәr