İngiltərə kral ailəsindən İsrailə ilk rəsmi səfər

Şahzadə səfəri çərçivəsində paytaxt Tel-Əvivdə İsrail prezidenti Reuven Rivlin və baş nazir Binyamin Netanyahu ilə görüşüb.

1000377
İngiltərə kral ailəsindən İsrailə ilk rəsmi səfər
prens william israil.jpg
prens william-netanyahu cifti.jpg

  İngiltərə kral ailəsindən İsrailə ilk rəsmi səfəri taxtın ikinci varisi Kembric hersoqu şahzadə Uilyam (Prens William) həyata keçirib.

  Şahzadə səfəri çərçivəsində paytaxt Tel-Əvivdə İsrail prezidenti Reuven Rivlin və baş nazir Binyamin Netanyahu ilə görüşüb. Qonağını Prezident Aparatında qəbul edən R.Rivlin şahzadə Uilyamın Fələstin dövlət başçısı Mahmud Abbasla bu gün (27 iyunda) keçirəcəyi görüşə işarə edərək özünün sülh mesajını ona çatdırmağı istəyib. Şahzadə Uilyam da ona "Ümid edirəm ki, aranızda sülh təmin edilər", - deyib.

  İsrail prezidentilə görüşdən sonra İngiltərə şahzadəsi Baş Nazirlikdə B.Netanyahu ilə görüşüb. Görüş barədə hər hansı açıqlama verilməyib.

  Şahzadə Uilyam bu gün işğal altındakı Ramallah şəhərində Fələstin dövlət başçısı Mahmud Abbasla bir araya gələcək.

  Qeyd edək ki, İngiltərə şahzadəsi İsrail səfərindən əvvəl getdiyi İordaniyada də bir sıra rəsmi görüşlər həyata keçirib.



Әlaqәli Xәbәrlәr