ABŞ müttəfiqlərindən İrandan neft idxalını dayandırmağı tələb etdi

Amerika Birləşmiş Ştatları müttəfiqlərindən İrandan neft idxalının noyabrın 4-dək dayandırılmasını tələb etdi.

1000498
ABŞ müttəfiqlərindən İrandan neft idxalını dayandırmağı tələb etdi

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi İrana qarşı enerji sanksiyalarının niyabrın 4-də qüvvəyə minəcəyini xatırlatdı.

Dövlət Departamentinin rəsmisi ABŞ-ın müttəfiqi olan ölkələrin İrandan neft idxalını bu tarixədək dayandırmalarını, əks təqdirdə onlara qarşı da sanksiyalar tətbiq oluna biləcəyini açıqladı.

Rəsmi şəxs İrandan neft idaxal edən ölkələrlə mövzu ilə bağlı əlaqə saxlayacaqlarını bildirdi.

 

 



Әlaqәli Xәbәrlәr