ABŞ Müdafiə naziri çinli həmkarı ilə "açıq və dürüst dialoqlar"a başladıqlarını bildirdi

Çinin paytaxtı Pekinə səfər edən C.Mattis Çinin Müdafiə naziri Vei ilə bir araya gəlib.

1001053
ABŞ Müdafiə naziri çinli həmkarı ilə "açıq və dürüst dialoqlar"a başladıqlarını bildirdi

  Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Cim Mattis (Jim Mattis) çinli həmkarı Yei Fenqi (Vey Finghi) ilə keçirdiyi görüşdə "açıq və dürüst dialoqlar"a başladıqlarını bildirib.

  Çinin paytaxtı Pekinə səfər edən C.Mattis Çinin Müdafiə naziri Vei ilə bir araya gəlib.

  Çinə 2014-cü ildən sonra səfər edən ilk ABŞ Müdafiə naziri olan Mattis Vei ilə açıq və dürüst danışıqlara başladıqlarını bildirib.

  Çin Xalq Qurtuluş Ordusu ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini söyləyən ABŞ Müdafiə naziri hərbi münasibətlərin iki ölkə arasındakı münasibətlər üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

  Vei də öz növbəsində bu səfərin iki ölkə və iki ordu arasındakı münasibətlərin eyni zamanda qarşılıqlı strateji etimad və iş birliyi əsasında inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.



Әlaqәli Xәbәrlәr