Jim Mattis: "Ehtiyacı olanları sığınacaqlarla təmin etmək hökumətin qanuni fəaliyyətidir"

Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Jim Mattis ölkəyə qeyri-qanuni yollarla girərkən yaxalanan miqrantların əllərindən alınan uşaqlarının Texas ştatındakı iki hərbi bazada saxlanılacaqlarını söylədi.

999844
Jim Mattis: "Ehtiyacı olanları sığınacaqlarla təmin etmək hökumətin qanuni fəaliyyətidir"

Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Jim Mattis Alyaskadakı "Fort Greely" raketdən müdafiə bazasında jurnalistlərin suallarını cavablandırdı.

Mattis qeyri-qanuni miqrantların əllərindən alınan uşaqları ilə əlaqədar onların Texasdakı "Fort Bliss" Quru Qüvvələri Bazası və "Goodfellow" Hərbi Hava Qüvvələri Bazasına yerləşdiriləcəklərini bildirdi.

ABŞ ordusunun hər zaman təbii fəlakət və humanitar böhranlardan qaçan insanlara logistik dəstək verdiyini qeyd edən Mattis: "Burada biz yalnız logistik dəstəyi təmin edəcəyik və mövzunun siyasi müstəvisinə girməyəcəyik. Ehtiyacı olanları sığınacaqlarla təmin etmək hökumətin qanuni fəaliyyətidir" dedi.

Ötən həftə ABŞ Səhiyyə və Humanitar Xidmətlər Nazirliyi Müdafiə Nazirliyindən qeyri-qanuni miqrantların uşaqları üçün 20 min yataq hazırlanmasını tələb etmişdi.

Tramp rəhbərliyi keçən ay ölkənin cənub sərhədlərindən qeyri-qanuni yollarla ölkəyə daxil olarkən yaxalanan miqrantların uşaqlarının məhkəmə davam etdiyi müddətdə əllərindən alınaraq başqa yerdə saxlanılmasını məqsədəuyğun bilmişdi.

Mart-aprel aylarında 6 həftədə toplanan 2500 uşağın ailələrindən alınaraqTexas ştatının McAllen bölgəsinə yerləşdirildiyi bildirilir.

Texas ştatında uşaqların qaldıqları yerə girən kameralar yüzlərlə uşağın yaş və cinsə görə qrupalara bölünərək məftildən olan "qəfəslər" içində tutulduğunun görüntülərini çəkmişdi.

Görüntülər ABŞ-da və dünyada sərt reaksiyalara səbəb olmuşdu.

Donald Tramp bu tətbiqi dayandıran sərəncamı imzalamış və Konqresi miqrasiya haqqında əhatəli bir qanun çıxarmağa çağırmışdı.

ABŞ Daxili Təhlükəsizlik naziri Kirstjen Nielsen isə mətbuatda əks olunan görüntlərin əksinə olaraq, bu uşaqlara yaxşı baxıldığını və onların səhhətlərinin yerində olduğunu bildirdirmişdi, şərtləri  uyğun olanların sığınacaq üçün müraciət edə biləcəklərini qeyd etmişdi.

 

 



Әlaqәli Xәbәrlәr