Kaliforniya ştatında yanğın baş verib

Kaliforniya ştatında baş verən yanğın nəticəsində evlər yanıb, minlərlə insan evakuasiya edilib.

999369
Kaliforniya ştatında yanğın baş verib

ABŞ Meşə və yanğınsöndürmə idarəsinin şöbə direktoru Jonathan Coxun məlumatına görə Kaliforniya ştatının şimalında yerləşən Clearlake Oaks bölgəsinin yaxınlığında baş verən yanğın, küləyin təsiri ilə sürətlə yayılaraq 31 kvadrat kilometr ərazini məhv edib. Ətraf ərazilərdə yaşayan 3000-ə qədər adamın bölgədən evakuasiya işinə  başlanıb. Coxun məlumatına görə, yanğın nəticəsində bir çox ev kül olub. Bəzi evlərə isə zərər dəyib. Yanğının səbəbi araştırılır. Yanğına 230 nəfərlik xilasetmə dəstəsi tərəfindən vertolyotlar və buldozerlər ilə müdaxilə edir.



Әlaqәli Xәbәrlәr