“Taliban” qruplaşması yol-tikinti kompaniyasının 33 əməkdaşını girov götürüb

Bu barәdә Qәndәhar әyalәtinin icra hәkimiyyәtinin mәtbuat katibi Davud Əhmədi mәlumat verib.

997809
“Taliban” qruplaşması yol-tikinti kompaniyasının 33 əməkdaşını girov götürüb

Əfqanıstanın Qəndəhar əyalətində “Taliban” qruplaşması yol-tikinti kompaniyasının 33 əməkdaşını girov götürüb.

Bu barәdә Qәndәhar әyalәtinin icra hәkimiyyәtinin mәtbuat katibi Davud Əhmədi mәlumat verib.

Məlumata görə, hücum nəticəsində, həmçinin 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Qeyd edәk ki, girov götürülәnlәrin  20-si tikinti kompaniyasının təhlükəsizlik xidmətinin əməkdaşı, 13-ü isə mühəndisdir.

Onların aqibəti barədə hələlik heç bir məlumat  yoxdur.

Terror qruplaşması ‘‘Taliban’’ isә hadisә ilә bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr