ABŞ Cənubi Koreya ilə hərbi təlim proqramlarını dayandırıb

Bu barәdә ABŞ Müdafiә Nazirliyinin (Pentaqon) mәtbuat katibi Dana Vayt (Dana White) mәlumat verib.

997797
ABŞ Cənubi Koreya ilə hərbi təlim proqramlarını dayandırıb

ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.

Bu barәdә ABŞ Müdafiә Nazirliyinin (Pentaqon) mәtbuat katibi Dana Vayt (Dana White) mәlumat verib.

Mәlumata görә, ABŞ müdafiә naziri Cim Mattis (Jim Mattis) ABŞ prezidenti Donald Trampın iyunun 12-dә Şimali Koreya lideri Kim Çen Inin Sinqapurda keçirdiyi görüşün nәticәlәrini müzakirә etmәk üçün Baş Qәrargah rәisi Cozef Danford (Joseph Dunford), ABŞ dövlәt katibi Mayk Pompeo (Mike Pompeo) vә Ağ Evin milli tәhlükәsizlik üzrә mәslәhәtçisi Con Boltonla (John Bolton) bir araya gәlib.

"Müdafiə naziri Mettis Sinqapurda əldə olunmuş razılaşmaların həyata keçirilməsi və onların müttəfiqimiz olan Koreya Respublikası ilə əlaqələndirilməsi məqsədi ilə bəzi təlimləri qeyri-müəyyən müddətə dayandırıb", - deyə Pentaqonun mətbuat katibi Dana Vayt  bəyanatında bildirilir.

Qeyd edәk ki, söhbət yaxın üç aya planlaşdırılan "Azadlıq müdafiəçiləri" və hərbi-dəniz mübadiləsi proqramlarından gedir.



Әlaqәli Xәbәrlәr