Merkel və Makrondan Avropa üçün birgə təşəbbüs

Almaniya kansleri Angela Merkel Almaniyanın Brandenburq əyalətində keçirilən Almaniya-Fransa birgə Nazirlər Kabineti toplantısından sonra  Fransa prezidenti Emmanuel Marcon ilə birgə mətbuat konfransı keçirdi.

995510
Merkel və Makrondan Avropa üçün birgə təşəbbüs

Almaniya kansleri Angela Merkel Almaniyanın Brandenburq əyalətində keçirilən Almaniya-Fransa Birgə Nazirlər Kabineti Toplantısından sonra  Fransa prezidenti Emmanuel Markon ilə birgə mətbuat konfransı keçirdi.

Mərtbuat konfransında "Avropa İttifaqı üçün təşəbbüslər məsələsində yeni bir səhifə açırıq" deyən Merkel dünyada ortaya çıxan yeni sınaqlara qarşı Avropanın birgə cavab verməsinin vacibliyini vurğuladı.
 

Merkel toplantıda  xarici , təhlükəsizlik və müdafiə siyasətləri, miqrasiya , iqtisadiyyat və rəqabət qabiliyyəti məsələləri olmaqla,  dörd mövzunun müzakirə edildiyini  bildirdi.

Almaniya kansleri sürətlə dəyişən dünyada Aİ-nin birgə xarici və təhlükəsizlik siyasətinin daha güclü bir şəkildə ortaya qoyulması mövzusunda Macron ilə həmfikir olduqlarını dilə gətirdi.
 
Miqrasiya məsələsini "Aİ-nin birgə sınağı" olaraq səciyyələndirdiklərini dilə gətirən Merkel bu sahədə ilk növbədə, miqrasiyanın səbəblərini aradan qaldırmaq üçün səy göstərmək istədiklərini ifadə etdi.

 Merkel qaçqınlar məsələsi ilə bağlı Aİ ölkələri arasında koordinasiyanın təmin edilməsinin tərəfdarı olduqlarını, lakin bunun çətin bir mövzu olduğunu da diqqətə çatdırdı.
 Almaniya kansleri:  "Aİ-dən sığınacaq istəyənlərin müraciətlərinə bir standart gətirilməlidir" dedi.

 Merkel Makron ilə qaçqınlardan əziyyət çəkən ölkələrə daha çox dəstək verilməsinin tərəfdarı olduqlarını söylədi, Aİ-yə üzv olan bütün ölkələrinin həmrəylik nümayiş etdirmələrinin əhəmiyyətini vurğuladı.

 Fransa prezidenti Makron da miqrasiya siyasətinə Avropa miqyasında ortaq bir həll tapılmasının zəruriliyini qeyd etdi.
 
 İspaniya, Yunanıstan və İtaliyanın bu məsələdə qarşılaşdıqları problemlərə diqqət çəkən Makron, Almaniya və Fransanın ortaq bir həll üçün çalışacaqlarını bildirdi.

 İqtisadiyyat sahəsində əldə edilən kompromislərdən danışan Fransa prezidenti: " Bu gün ortaq valyuta mövzusu ilə bağlı müzakirələrin ikinci mərhələsinə başlayırıq" dedi.
 
 Makron qəbul olunan qərarla Avro Zonasında sabitliyi təmin etmək və böhranlara mane olmaq istədiklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr